520 min avroluq borca görə klubdan ayrıldı

Hit: 314
520 min avroluq borca görə klubdan ayrıldı

“Trabzonspor”un qolkiperi Esteban Alvarado komandanı tərk edib.

Faktor.az xəbər verir ki, kosta rikalı futbolçu vaxtı-vaxtında məvacibini ala bilmədiyi üçün klubla olan müqaviləsini birtərəfli ləğv edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Trabzonspor” klubundan edilən açıqlamada, Estebandan ötən mövsümlərdən qalan məvaciblərinin ödəmək üçün 24 dekabra qədər vaxtın tələb edildiyi, lakin qolkiperin bunu gözləməmiş, müqaviləsini birtərəfli ləğv etdiyi bildirilib.

“Trabzonspor” 2015-ci ildə transfer etdiyi Estebana ümumilikdə 520 min avro ödəməlidir.









Redaktorun seçimi