Mourinyoya ilk dəstək Qvardioladan: Yanındayam!

Hit: 466
Mourinyoya ilk dəstək Qvardioladan: Yanındayam!

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola, “Mançester Yunayted”də baş məşqçi postundan göndərilən Joze Mourinyoya dəstək olub.

Faktor.az xəbər verir ki, Mourinyonun “qırmızı şeytanlar”dan ayrılmasıyla bağlı İngiltərə mətbuatına danışan Qvardiola, portqualiyalı mütəxəssisin yanında olduğunu deyib:

“Mən Mourinyonun yanındayam. Bütün baş məşqçilər yalnız adamlardır. Bizə qələbə qazanaq deyə, müqavilə təklif edirlər. Qələbə qazana bilməyəndə isə nə olduğunu görürsüz. Mourinyonun nə hiss etdiyini yaxşı bilirəm.

Biz məşqçilər bəzən özümüzü çox yalnız hiss edirik. Bütün təzyiqlər üzərimizdə olur. Mourinyo güclü olaraq, yenidən qayıdacaq. Onunla təkrar rəqib olacağımıza inanıram”.

“Mançester Yunayted” uğursuz nəticələrdən sonra baş məşqçi Mourinyonu istefaya göndərib.









Redaktorun seçimi