"Evimə gəldiyim üçün xoşbəxtəm" - Reynaldo

Hit: 213
"Evimə gəldiyim üçün xoşbəxtəm" - Reynaldo

"Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə "Qarabağ" forması ilə yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm".

Faktor.az xəbər verir ki, bu sözləri "Qarabağ"la bu gün 2.5 illik müqavilə imzalayan Reynaldo deyib.

Klubun rəsmi saytına danışan braziliyalı hücumçu daha sonra bildirib: "Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".

Xatırladaq ki, 2013-2016-cı illərdə Ağdam klubunda çıxış edən Reynaldo 89 oyunda 47 qol vurub.









Redaktorun seçimi