Qurban Qurbanov mükafatlandırıldı - FOTOLAR

Hit: 392
Qurban Qurbanov mükafatlandırıldı - FOTOLAR
Azərbaycanda 2018-ci ilin ən yaxşı məşqçisi seçilən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün mükafatına qovuşub.
 
Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 59 mətbuat orqanından (1-i müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov 9-cu dəfə ilin ən yaxşı məşqçisi seçilib. 46 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb.
 
Qurban Qurbanov 2018-ci ildə "Qarabağ”a ardıcıl 5-ci dəfə Azərbaycan çempionluğunu qazandırıb. Bundan başqa, "Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu il Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən yeganə klub "Qarabağ” olub. Bu da Qurbanovun ilin məşqçisi seçilməsində həlledici amillərdən biridir.
 
Qurban Qurbanova ilin məşqçisi mükafatı "Fairmont otel"in ("Üç alov qülləsi”) Səttar Bəhlulzadə zalında keçirilən tədbirdə təqdim olunub. Qalibə mükafatı komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.
 
Tədbirdən hazırlanmış fotoreportajı təqdim edirik:
1
1
1
1








Redaktorun seçimi