"Mançester Yunayted" transfer rekordunu qırır - FOTO

Hit: 342
"Mançester Yunayted" transfer rekordunu qırır - FOTO
"Mançester Yunayted" Xalidu Kolibali üçün "Napoli"yə transfer təklifi göndərməyə hazırlaşır.
 
Faktor.az xəbər verir ki, İngiltərə klubu seneqallı futbolçu üçün 110 milyon avro təklif edəcək.
 
Bu keçid baş tutsa, "Mançester Yunayted" tarixində ən bahalı transfer olacaq. Hazırda bu rekord Paul Poqbaya məxsusdu. "Qırmızı şeytanlar" fransalı futbolçunu 2016-cı ildə "Yuventus"dan 105 milyon avroya almışdı. Bu həmin vaxt dünya futbolunun rekordu hesab olunurdu.
 
Qeyd edək ki, "Napoli" Kolibalini 2014-cü ildə "Genk"dən 7.75 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" ona 60 milyon avro qiymət qoyub. 
 








Redaktorun seçimi