"Barselona" "Çelsi"dən kimi istədi? - RƏSMİ - FOTO

Hit: 318
"Barselona" "Çelsi"dən kimi istədi? - RƏSMİ - FOTO

"Barselona” danimarkalı müdafiəçi Andreas Kristenseni transfer etmək niyyətinə düşüb.

Faktor.az xəbər verir ki, Kataloniya klubu bu keçid üçün "Çelsi”yə rəsmi təklif də göndərib.

Katalonların təklifi "Çelsi”ni razı salsa, 22 yaşlı müdafiəçi qışda Barselonaya köçəcək və zədəli Samuel Umtitini əvəzinə meydana çıxacaq.

Hərçənd İngiltərə mətbuatında "zadəganlar”ın "Barsa”ya müsbət cavab verməyəcəyi iddia olunur. Səbəb kimi isə maddi şərtlərin İngiltərə klubunu razı salmaması göstərilir.

Kristensen bu mövsüm Premyer Liqada cəmi 1 oyunda forma şansı qazanıb.









Redaktorun seçimi