"Neftçi" uduzur, "Zirə" qalib gəldi - YENİLƏNİB

Hit: 377
"Neftçi" uduzur, "Zirə" qalib gəldi - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

Faktor.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

"Zirə" öz meydanında "Səbail"i qəbul edib və minimal hesabla qalib gəlib - 1:0. Günün digər oyununda isə Topaz Premyer Liqanın lideri "Neftçi" doğma meydanda "Sumqayıt"la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Mərhələnin ilk oyunlarına sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-da və 20-də oynanılacaq.

Azərbaycan kuboku

15 dekabr (şənbə)

1/4 final, ilk oyunlar

19:00. “Neftçi” – “Sumqayıt” - 0:2

Qollar:Əli Babayev, 28-pen, Şəhriyar Əliyev,45+4

Qırmızı vərəqə: Anton Krivotsyuk, 88 ("Neftçi")

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov

Bakcell Arena.

17:00. “Zirə” – “Səbail” - 1:0

Qol: İlkin Muradov, 45

Reallaşdırılmayan penalti: Mirsahib Abbasov, 79 ("Zirə") - qapıçı

Qırmızı vərəqə: Tome Kitanovski, 33 ("Səbail")

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu

Dalğa Arena.









Redaktorun seçimi