UEFA “Arsenal” – “Qarabağ” oyunu ilə bağlı iş açdı

Hit: 325
UEFA “Arsenal” – “Qarabağ” oyunu ilə bağlı iş açdı

UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilən “Arsenal” – “Qarabağ” oyunu ilə bağlı intizam işi açıb.

Faktor.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Londonda keçirilən matçın sonlarında meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə daxil olan erməni azarkeşin hərəkəti ilə bağlı tədbir görüləcək. Meydan sahiblərinin buna görə cəzalanacağı gözlənilir.

UEFA həm də matçın gec başlaması ilə bağlı araşdırma aparacaq. 

Hər iki məsələ ilə bağlı qərar UEFA-nın 2019-cu il fevralın 21-da keçiriləcək iclasında qərar veriləcək.









Redaktorun seçimi