Ermənilərə görə London da "Qurban" verib, "Qarabağ"ladı - VİDEO - FOTOLAR

Hit: 536
Ermənilərə görə London da "Qurban" verib, "Qarabağ"ladı - VİDEO - FOTOLAR

“Qarabağ” Ağdam Azərbacan... Artıq beş ildir ki, bu adı bütün Avropa görür və tanıyır. Bütün bunlar erməniləri narahat etməyə bilmədi. Elə ona görə dəhəmin ildən başlayaraq onlar hər yola əl ataraq müxtəlif təribatlar ediblər.

İstərdim sizi bir az yaxın keçkmişə aparım...

Belə ki, Qarabağımızın gözəl guşələrindən olan Ağdam şəhərini təmsil edən klub, təkcə ağdamlıların deyil, qarabağlıların, bütün azərbaycanlıların qürur yeridir. Məcburi köçkün statuslu didərginlərin təsəllisidir. "Qarabağ" Azərbaycan klubları arasında tarixi ənənələrə malik olan azsaylı komandalardan biridir. 1951-ci ildə "Məhsul" adı ilə fəaliyyətə başlayan klub Qarabağ adı ilə ilk dəfə 1987-ci ildə yarışlara qoşulmuşdur. Buna qədər klub müxtəlif dövrlərdə "Şəfəq" və "Kooperator" adı ilə çıxış etmişdir. "Məhsul" adı çıxış edən "Qarabağ" ilk dəfə 1966-cı ildə Azərbaycan SSR çempionatında iştirak etmişdir. Həmin il çempionatı 4-cü yerdə başa vuran "Qarabağ" 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəsi 1968-ci ildə 2-ci yerdə qərarlaşmaq oldu. Lakin, 1968-ci ildən sonra maddi problemlər səbəbindən ağdamlılar uzun müddət ölkə çempionatlarında təmsil olunmadı. 1977-ci ildə "Qarabağ" yenidən "Şəfəq" adı ilə bərpa edildi. Elə həmin il "Şəfəq" Azərbaycan SSR çempionatının 2-ci dəstəsində yarışdı. "Şəfəq" 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi idi. 1982-ci ildən 1987-ci ilə qədər isə klub "Kooperator" adı ilə mübarizə apardı. "Qarabağ" ilk dəfə Azərbaycan SSR çempionu adına 1988-ci ildə layiq görüldü.

"Qarabağ" 1990-cı illərin əvvəllərindən istər maddi istərsə də mənəvi sıxıntılar burulğanına düşdü. Birinci məsələ əsrin əvvəllərində nüfuzlu şirkətin sponsorluğu ilə kifayət qədər yüksək həllini tapsa da, klub 1993-cü ilin 23 iyulundan "qaçqın klub" statusu daşıyır. Həlli gecikən Qarabağ problemi, Qarabağ dərdi klubun çıxışlarını ikiqat əhəmiyyətli edir. Bəli, "Qarabağ" futbol klubunun nəticələri tək idman çərçivəsində maraq doğurmur.

 2009-cu ildən bu yana UEFA kubokunun (hazırki Avroliqa) təsnifat yarışlarında yarışlarında uğurlu çıxış sərgiləyən "Qarabağ" hazırda Azərbaycanın ən reytinqli klubudur. Belə ki, dünya klubları arasında  84-cü pillədə qərarlaşan "Qarabağ"ın bu göstəricidə daxili yarışlardakı bütün kömandaları geridə qoyur.

 2009-cu ildə üçüncü dəfə Azərbaycan kubokunu qazanmaqla, ölkəmizi Avropa arenasında təmsil etmək hüququ qazanan "Qarabağ" Azərbaycan klubları arasında ilk dəfə son təsnifat mərhələsinədək gəlməyi bacardı. Norveçin adlı-sanlı kifaətə qədər Avropa təcrübəsinə malik "Rusenborq" Finlandiyanın "Honka" klublarını məğlub etdikdən sonra son təsnifat mərhələsində iki oyunun nəticəsində gələcək Hollandiya çempionu "Tvente"yə (1-3, 0-0) yenilməklə qrup mərhələsinə qatılmaq şansını əldən verdi. Sonrakı mövsümdə çempionatın bürünc medallarına layiq görülən ağdamlılar, bu dəfə yarışlara ilk təsnifat mərhələsindən başladı. Makedoniyanın "Metallurq" , Şimali İrlandiyanın "Potrtadaun", Polşanın adlı-sanlı "Visla" klublarını sıradan çıxarmağı bacaran "Qarabağ", yenə  sonuncu təsnifat mərhələsinin püşkatmasında bəxtsizliklə üzləşdi. Kor püşkün nəticəsinə görə Almaniyanın adlı- sanlı, 1997-ci il UEFA Çempionlar Liqasının qalibi olmuş "Borussiya" Dortmund klubu ilə qarşılaşan ağdamlılar, bu dəfə də qrup mərhələsinin bir addımlığında dayandı. Görüş gözlənildiyi kimi, almanların (0-4, 0-1) qələbəsi ilə başa çatdı. 2011-12 mövsümündə klub üçüncü təsnifat mərhələsinədək gəlməyi bacardı ki, bunadək bütün Azərbaycan klubları mübarizəni dayandırmışdı. Adıçəkilən mərhələdə Belçikanın dünyaca məşhur "Brügge" klubuna iki oyunun nəticəsində məğlub olan (1-4, 1-0) Ağdam klubu, sonrakı mövsümdə Avropa arenasında görünmədi. Buna səbəb klubun ölkə çempionatında dördüncü pilləni tutması idi ki, bu yer beynəlxalq yarışlara qatılmaq imkanı vermir. Növbəti mövsümdə isə "Qarabağ" "atalar üçdən deyib" məsəlini doğrulda bilmədi. Çempionatın gümüş medallarına layiq görülən Qurban Qurbanovun yetirmələri, ard-arda Makedoniyanın "Metallurq", Polşanın "Piast", bütün əks proqnozlara rəğmən, İsveçin "Gefle" klubunu məğlub etdikdən sonra tarixində üçüncü dəfə pley-off mərhələsində oynamaq imkanı qazandı. Kor püşkün nəticəsi daha bir nüfuzlu alman klubunu "Qarabağ"a rəqib etdi. Rəqib "Aynrtaxt" Frankfurt idi. Daxili çempionatda adından söz etdirən Frankfurt təmsilçisi üçün "Qarabağ"ı keçmək heç də asan başa gəlmədi. Xüsusən, Almaniyadakı oyunda inamlı çıxış sərgiləyən ağdamlılar rəqibə xeyli gərgin anlar yaşatmağı bacardı. Lakin Almaniya və Azərbaycan çempionatları arasındakı səviyyə fərqi yenə də öz sözünü dedi. Keçirdiyi 8 oyunun beşində qələbə qazanan "atlılar" ölkəmizin klub reytinqinə xeyli sayda reytinq xalı əlavə etdi.

Və nəhayət o an gəlib yetişdi. 2013/2014 mövsümündə qarşısıalınmaz olan olan "Qarabağ", 21 ildən sonra ikinci dəfə Azərbaycan çempionu adına yiyələndi. Sona iki tur qalmış çempionluğu rəsmiləşdirən Qurbanovun yetirmələri ölkəmizi tarixində ilk dəfə UEFA Çempionlar Liqası turnirində təmsil etmək hüququ qazandı. İllərdir layiq olduğu, son anda əldən verdikləri çempionluğa qovuşan komandanın qarşısında xeyli üfüqlər açılır. İndiyədək mübarizə apardığı UEFA Avropa Liqasında bir neçə mərhələni keçmək məcburiyyətində qalan "Qafqazın Barselonası" üçün Çempionlar Liqası xeyli perspektivlər yaradırdı. Həmin ildə Avropanın bir nömrəli klub turnirində ikinci mərhələdən başləyəan “Qarabağ”ın ilk rəqibi Malta çkempionu “Valleta” oldu. Bu mərhələni asanlıqla keçkən çkempionumuz rəqibini hər iki oyunda (0-1, 4-0) məğlub edərək növbəti mərhələyə yüksəldi. Bu mərhələdə isə rəqib adlı sanlı Avstrya çempionu “Zalsburq” klubu oldu. Güclü rəbini Bakıda 2-1 hesabı ilə məğlub edən Qubanovun yetirmələri bu uğurun ardını səfərdə gətirə bilmədilər. Belə ki. Səfərdə rəqibinə 2-0 heabı ilə məğlub olan “Qarabağ” Çempionlar Liqası ilə vidalaşsa da, Avropadakı uğuru davam edirdi. Mübarizəsini Avropa Liqasında davam etdirən “köhlən atlar”ın play-offdakı rəqibi köhnə tanışı olan Hollandiyanı “Tvente” klubu idi. Ağdam klubu səfər qolu sayəsində rəqibini keçərək (0:0, 1:1) tarixində ilk də Avrokubolarda qrup mərhələsinə vəsiqə qazandı. Bu “Qarabağ” və məcburi köçkünlər üçün böyük uğur idi.

Elə həmin ildən başlayaq da avropada yaşayan ermənilər “Qarabağ”ın bu uğurunu həzm edə bilməyərək hər çür çirkin əməllərə əl atırlar. Həmin ildə qrup mərhələsində “Sent Etyen”lə oyunda (1-1) tribunada qondarma Dağlıq Qarabağ Muxtar Respublikasının bayrağının açılması, ötən mövsümdə Çempionlar Liqasının qrup mərhələsində Madriddə yerli “Atletiko” ilə oyunda (1-1) həmin halın tərarlanması və dünən Londonda baş verənlər onların Avropada hansı nüfuza malik olduğunu göstərdi. Belə ki, dünənki “Arsenal” – “Qarabağ oyununun son dəqiqələrində erməni azarkeşi meydana daxil olaraq erməni steoaratçılarının bayrağını dalğalandırıb. Meydana girən gəncin futbolkasının üzərində bir vaxtlar dünyanın ən təhlükəli terrorçularından olan, Qarabağ müharıbəsində dinc azərbaycanlılara qarşı dəhşətli qətillər törədən və Azərbaycan igid əsgərləri tərəfindən məhv edilən Monti Mekanyanın fotosu var imiş. Onların bu hərəkətə hansı mesaj verdikləri aydın görünür. Bəs biz? Bizə isə yanız susmaq və kənardan olanları sakitcə izləmək qalır. Necə ki, 25 ildir ki, edirik...

Orxab Hacı / Faktor.az

1
1
1








Redaktorun seçimi