"Beşiktaş"ın zədəliləri sağaldı

Hit: 296
"Beşiktaş"ın zədəliləri sağaldı

“Beşiktaş”ın futbolçuları Jermeyn Lens, Gökhan Gönül və Caner Erkin zədəsini sağaldıb.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandayla məşqlərə başlayan hər üç futbolçu Türkiyə Superliqasının 16-cı turunda “Trabzonspor”la keçiriləcək ev matçında oynaya biləcək.
Digər zədəli futbolçular Rayan Babel və Pepenin müalicəsi davam edir.

Qeyd edək ki, bazar günü keçiriləcək "Beşiktaş" - “Trabzonspor” oyunu  saat 20:00-da start götürəcək.









Redaktorun seçimi