Halldorssona həmyerlilərindən maraqlı dəstək - FOTOLAR

Hit: 438
Halldorssona həmyerlilərindən maraqlı dəstək - FOTOLAR

"Qarabağ"ın qapıçısı Hannes Halldorsson Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Arsenal"la səfər oyununda həmyerliləri tərəfindən dəstəklənib.

Faktor.az xəbər verir ki, bir qrup islandiyalı azarkeş 34 yaşlı qolkiperin forması ilə oyunu izləyib.

Halldorsson  isə oyunun ardından həmyerliləri ilə xatirə şəkli çəkdirərək sosial şəbəkə hesabından paylaşıb.

Qeyd edək ki, "Arsenal"ın 1:0 hesabı ilə qalib gəldiyi oyunda "Qarabağ"ın qapısını Vaqner Silva qoruyub. Halldorsson isə ehtiyatda qalıb.




 









Redaktorun seçimi