Rəşaddan erməni təxribatına sərt reaksiya - VİDEO - FOTOLAR

Hit: 442
Rəşaddan erməni təxribatına sərt reaksiya - VİDEO - FOTOLAR

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Arsenal"la keçirilən oyunda (0:1) baş verən erməni təxribatına münasibət bildirib.

Təcrübəli müdafiəçi Qol.az-a açıqlamasında meydana qaçan təxribatçının əlindəki separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını almaq istədiyini deyib:

"Təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik".

1
1








Redaktorun seçimi