Ərsun Yanal rəsmən "Fənərbaxça"da

Hit: 286
Ərsun Yanal rəsmən "Fənərbaxça"da

"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən müəyyənləşib.

Faktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Ərsun Yanalla anlaşıb. Onunla 1,5 illik müqavilə imzalanıb. 57 yaşlı mütəxəssis bu gündən komandanı məşqə çıxaracaq.

Ərsun Yanal 2013-14 mövsümündə "Fənərbaxça"nı çalışdırıb və həmin mövsüm komandanı çempion edib.

Qeyd edək ki, hazırda Superliqada autsayder olan "Fənərbaxça" 14 xalla 17-ci pillədə qərarlaşıb.









Redaktorun seçimi