Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdilər - VİDEO
Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Arsenal” – “Qarabağ” matçının sonunda baş verən erməni təxribatı “Emireyts” arenasında və oyundan sonra stadion ətrafında gərgin vəziyyətin yaranmasına yol açıb.
Oxu.Az xəbər verir ki, oyunun keçirildiyi meydana əlində qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağını tutan erməni azarkeş çıxıb.
Stadionun mühafizəçiləri dərhal onu meydandan kənarlaşdırıblar.
“Qaçın burdan!”, - deyə azərbaycanlı azarkeşlər car çəkiblər.
“Bu hərəkəti edən adam qorxub sonra qaçmamalı idi. Yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar”, - deyə o bildirib.
Xatırladaq ki, “Arsenal” - “Qarabağ” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 16-cı dəqiqədə Aleksandr Lakazetin vurduğu qol oyunun taleyini həll edib.