Çempionlar Liqasında ingilis hegemonluğu

Hit: 233
Çempionlar Liqasında ingilis hegemonluğu

UEFA Çempionlar Liqasının pley-off mərhələsində ən çox klubla İngiltərə təmsil olunacaq.

Faktor.az xəbər verir ki, bu ölkənin qrup mərhələsindən mübarizəyə qoşulan 4 klubunun hamısı - "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Tottenhem" 1/8 finala vəsiqə qazanıblar. "Mançester Siti" qrup lideri, digərləri isə 2-ci pillənin sahibləri kimi pley-offa yüksəliblər.

Sıralamada ikinci yeri hərəyə 3 komanda ilə təmsil olunan Almaniya ("Bavariya", Dortmund "Borussiya"sı, "Şalke") və İspaniya ("Real", "Barselona", "Atletiko") tutur. 1/8 final mərhələsində Fransadan 2 (PSJ, "Lion"), Portuqaliya ("Portu") və Hollandiyadan ("Ayaks") isə 1 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü dekabrın 17-də atılacaq.









Redaktorun seçimi