Qurban Qurbanovun qardaşı "Zirə"yə prezident gəlir? - AÇIQLAMA

Hit: 320
Qurban Qurbanovun qardaşı "Zirə"yə prezident gəlir? - AÇIQLAMA

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa Qurbanov yaxın günlərdə "Zirə"nin prezidenti təyin olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Faktor.az xəbər verir ki, M.Qurbanov qol.az-a açıqlamasında deyib ki, sözügedən məsələylə bağlı onda heç bir məlumat yoxdur: "Neçə gündü rayondayam. Heç nədən xəbərim yoxdur. Kimsə belə bir söz deyirsə, mən buna münasibət bildirə bilmərəm. Bununla bağlı mənə heç kim müraciət etməyib. Söhbətin haradan çıxdığını da bilmirəm".

Qeyd edək ki, "yenicag.az" saytı bu gün Musa Qurbanovun yaxın vaxtlarda "Zirə"də hazırkı prezident Natiq İsmayılovu əvəzləyəcəyini yazıb. Qurbanov hazırda birinci divizionda mübarizə aparan "Zaqatala"nın prezidentidir.









Redaktorun seçimi