Özil "Qarabağ"la oyuna hazırdır

Hit: 346
Özil "Qarabağ"la oyuna hazırdır

“Arsenal”ın yarımmüdafiəçisi Mesut Özil Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Qarabağ”a qarşı ev oyununda meydana çıxa bilər.

Faktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, təxminən 1 aya yaxındır çiynindəki zədədən əziyyət çəkən türk əsilli alman futbolçu tam sağalıb. Artıq komanda ilə birlikdə məşqlərdə iştirak edən Özilin sabah Aaron Remzinin yerinə start heyətində yer alacağı gözlənilir.

Qeyd edək ki, “Emireyts” stadionunda keçiriləcək “Arsenal” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.









Redaktorun seçimi