Futzal millimizin rəqibləri müəyyənləşdi
Bu gün 2020-ci ildə Litvada keçiriləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.
Faktor.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında keçirilən tədbirdə mübarizəyə əsas mərhələdən başlayacaq Azərbaycan millisinin də rəqibləri məlum olub.
Yığmamız 3-cü qrupda yer alıb. Komandamız Slovakiya, həmçinin ilkin mərhələnin H qrupunun qalibi və G qrupunun ikincisi ilə mübarizə aparacaq.
H qrupunda Finlandiya, meydan sahibi Moldova, Uels və Şimali İrlandiya qüvvəsini sınayacaq. G qrupunda Hollandiya, Monteneqro, Estoniya və meydan sahibi Bolqarıstan yer alıb.
Təqvim
İlkin mərhələnin oyunları: 29 yanvar – 3 fevral 2019
Əsas mərhələnin oyunları: 22-27 oktyabr 2019
Elit raundun püşkatması: 7 noyabr 2019
Elit raundun oyunları: 28 yanvar-2 fevral 2020
Pley-off mərhələsinin püşkatması: tarix məlum deyil, Nyon şəhəri
Pley-off mərhələsinin oyunları 9-12 aprel 2020
Final mərhələsinin püşkatması: tarixi dəqiq deyil, Litva
Final mərhələsinin oyunları: 12 sentyabr – 4 oktyabr 2020, Litva