"Barselona" 12 ildən sonra ilk dəfə

Hit: 308
"Barselona" 12 ildən sonra ilk dəfə

"Barselona" 12 il sonra UEFA Çempionlar Liqasında ilk dəfə öz oyun tərzini sərgiləyə bilməyib.

Faktor.az xəbər verir ki, kataloniyalılar "Totenhem"lə matçda (1:1) rəqibi ilə müqayisədə topla az oynayıb. Ernesto Valverdenin komandasının topa sahib olma faizi 49,8 olub.

London təmsilçisi Avropanın ən mötəbər klub turnirində 2006-cı ildən bəri "Barsa"nı topa nəzarətdə geri qoyan ilk komanda olub.

Qeyd edək ki, İspaniya klubu qrup mərhələsini lider olaraq başa vurub.









Redaktorun seçimi