Millimiz Braziliya ilə oynaya bilər

Hit: 284
Millimiz Braziliya ilə oynaya bilər

Milli komandamız yoldaşlıq oyununda Braziliya ilə qarşılaşa bilər.

Faktor.az Braziliya mətbuatına istinadən xəbər verir ki, hazırda sparrinq-rəqib axtarışında olan "pentakampionlar" üçün 9 namizəd var. Bunlar Almaniya, Uels, Serbiya, Çexiya, Estoniya, Kosovo, Litva, Cəbəllütariq və Azərbaycan yığmalarıdır.

Bildirilib ki, Kopa Amerikaya hazırlıq məqsədilə mart ayında Avropa ölkəsi ilə qarşılaşmaq istəyən Braziliya seçməsi bu yığmalardan biri ilə oynaya bilər.









Redaktorun seçimi