Millimizə 6 legioner çağırıldı

Hit: 287
Millimizə 6 legioner çağırıldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Faktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, Bakıdakı hazırlıq prosesi dekabrın 12-dən 19-dək olan müddəti əhatə edəcək. Baş məşqçi Vüqar Məmməd toplanışa 22 futbolçu cəlb edib. . Onların sırasında Rusiya klublarının formasını geyinən 5, Litvada çıxış edən 1 oyunçu var:

Alfred Zaxaryayev (“Ximki”, Moskva, Rusiya), Kamran Quliyev (“Jonova”, Litva), Əkbər Vəliyev (“Keşlə”), Ruslan Ərzimanov (“Krasnodar”, Rusiya), Nicat Mehbalıyev, Zamiq Əliyev, Rauf Hüseynli, İbrahim Hüseynov, Tural Bayramov, Turan Vəlizadə, Elvin Talıbov, Musa Qurbanlı (hamısı “Qarabağ”), Nail Alışov (“Neftçi”), Kamran Məmmədov, Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (hamısı “Sabah”), Ruslan Qəribov, Murad Ramazanov (hər ikisi “Sokol”, Saratov, Rusiya), Rüfət Abdullazadə (“Sumqayıt”), Məmməd Mirzəliyev (FK FŞM, Moskva Rusiya), Fərid Nadirov (MOİK).









Redaktorun seçimi