“Beşiktaş” “Liverpul”un daha bir futbolçusunu alır?

Hit: 263
“Beşiktaş” “Liverpul”un daha bir futbolçusunu alır?

"Liverpul”un futbolçusu Divok Origi karyerasını Türkiyədə davam etdirə bilər.

Faktor.az xəbər verir ki, 23 yaşlı forvardla “Beşiktaş” yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Beşiktaş” yay transfer pəncərəsi dövründə Origi üçün “Liverpul”la danışıqlar aparmış, lakin razılıq əldə edilməmişdi. “Qara qartallar” qış transfer pəncərəsi dövründə belçikalı futbolçu üçün “Liverpul”la yenidən danışıqlara başlayacaq.

Origi cari mövsümdə 4 qarşılaşmada iştirak edərək, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Beşiktaş” yay transfer pəncərəsi dövründə Loris Kariusu “Liverpul”dan 2 illik icarəyə götürüb.









Redaktorun seçimi