"Mançester Siti"də 6 illik müqavilə

Hit: 246
"Mançester Siti"də 6 illik müqavilə

"Mançester Siti" gənc yarımmüdafiəçisi Fil Fodenlə yeni müqavilə imzalamağa hazırlaşır.

Faktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı oyunçu öz menecerinə klubda qalmaq istədiyini deyib. Mançester təmsilçisi futbolçu ilə 6 illik yeni sözləşmə barədə razılığa gəlib.

Qeyd edək ki, Foden “şəhərlilər”in yetirməsidir və İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasında da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2020-ci ilin yayına qədərdir."









Redaktorun seçimi