"Qalatasaray" Çindən hücumçu gətirir

Hit: 268
"Qalatasaray" Çindən hücumçu gətirir

Hücumçu sarıdan əziyyət çəkən "Qalatasaray" axtardığını Çində tapıb.

Faktor.az xəbər verir ki, İstanbul klubu bu ölkənin "Guangzohu Evergrande" komandasından Alanı heyətinə gətirə bilər. Braziliyalının Çin klubu ilə müqaviləsi yanvarda başa çatır. Alanın "Qalatasaray"dan illik 3,5 milyon avro məvacib tələb etdiyi deyilir.

Qeyd edək ki,29 yaşlı hücumçu bu mövsüm 22 oyunda meydana çıxıb. Hesabında 18 qol və 4 qol ötürməsi var.









Redaktorun seçimi