La Liqa klubunda yeni baş məşqçi

Hit: 353
La Liqa klubunda yeni baş məşqçi

La Liqa təmsilçisi "Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşib.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, Xavyer Kalyehunun istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə Luis Qarsiya Plasa təyin edilib. Onunla 2018/2019 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Vilyarreal" La Liqada hazırda 14 xalla 17-ci pillədə qərarlaşıb.









Redaktorun seçimi