Millimizin baş məşqçiliyinə namizədlərdən biri bilindi

Hit: 333
Millimizin baş məşqçiliyinə namizədlərdən biri bilindi

Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri müəyyənləşib.

Faktor.az xəbər verir ki, Qurban Qurbanovun istefaya göndərilməsindən sonra əsas namizədlərdən biri Albaniya millisinin sabiq çalışdırıcısı Canni de Byazidir. Onun hələ ötən il, Qurbanovun milliyə gəlişinə qədər də namizədliyinin müzakirə olunduğu bildirilir. Hazırda yenə də italiyalı mütəxəssisin yığmaya gətirilməsi ideyası var.

Qeyd edək ki, Canni de Byazi 2011-2017-ci illərdə çalışdırdığı Albaniya yığmasını tarixində ilk dəfə - 2016-cı ildə Avropa çempionatının final mərhələsinə yüksəldib. O, 2017-ci ilin sentyabrında baş məşqçi təyin edildiyi "Alaves"dən elə həmin ilin noyabrın 27-i qovulub.









Redaktorun seçimi