Suares "Tottenhem"ə qarşı oynamayacaq

Hit: 320
Suares "Tottenhem"ə qarşı oynamayacaq

"Barselona"nın futbolçusu Luis Suares Çempionlar Liqasının qrup mərhələsinin  sonuncu turunda "Tottenhem"lə oyunu buraxacaq.

Faktor.az xarici KİV-lərə istinadən xəbər verir verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde məlumat  verib. O, qrupdan çıxdıqları təmin  etdikləri üçün zədəsini yeni sağaldan uruqvaylı hücumçunu oynatmaq  istəmədiklərini bildirib.

Qeyd edək ki, L.Suares zədəsi sağaldıqdan sonra La Liqanın 15-ci turunda "Espanyol"la görüşdə 79 dəqiqə oynayıb və 45-ci dəqiqədə qol vurub.

Əlavə edək ki, "Barselona" - "Tottenhem" görüşü sabah keçiriləcək.









Redaktorun seçimi