"Qarabağ"ın əsas futbolçuları niyə əvəzedici heyətdə oynayıb?

Hit: 285
"Qarabağ"ın əsas futbolçuları niyə əvəzedici heyətdə oynayıb?

"Qarabağ-2"nin bu gün birinci divizionun 13-cü turunun "Sabah-2" ilə oyununda əsas komandanın 6 üzvü iştirak edib.

Faktor.az xəbər verir ki, Ağdam klubunun əvəzedicilərinin heyətində meydana çıxanlar arasında Araz Abdullayev, Rahil Məmmədov, Abbas Hüseynov, Ansi Aqolli, Hacıağa Hacılı və Coşqun Diniyev də olub. Oyun təcrübəsinin azlığından əziyyət çəkdikləri üçün həmin futbolçulara aşağı dəstənin oyununda şans verilib.

Qeyd edək ki, "Qarabağ-2"nin 2:0 hesabı ilə qalib gəldiyi matçda ilk qolu Araz Abdullayev vurub.









Redaktorun seçimi