“Tottenhem”dən tarixi başlanğıc

Hit: 342
“Tottenhem”dən tarixi başlanğıc

“Tottenhem” İngiltərə Premyer Liqasının 16-cı turunda səfərdə “Lester”i 2:0 hesabıyla məğlub edib.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, London klubu bu nəticəylə xallarının sayını 36-ya çatdırıb. Bu qələbədən sonra komanda 136 illik tarixi ərzində çempionatda ən yaxşı başlanğıcını edib.

Londonlular Premyer Liqada 16 matçın 12-də qələbə qazanıb və 4 qarşılaşmada məğlub olub.

"Tottenhem" 1882-ci ildə yaranıb. Komanda hazırda 36 xalla turnir cədvəlində 3-cü sıradadır.









Redaktorun seçimi