Deviç yenə zədələndi

Hit: 388
Deviç yenə zədələndi

"Sabah"ın hücumçusu Marko Deviçin Topaz Premyer Liqanın14-cü turunda bu gün "Keşlə"yə qarşı oynamamasının səbəbi məlum olub.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, serb əsilli ukraynalı futbolçu zədə səbəbindən bugünkü matçı buraxmalı olub. 35 yaşlı forvard oyunöncəsi məşqlərdən birində ayağından xəsarət alıb.

Qeyd edək ki, zədədən yenicə qayıdan Deviç 6 qolla "Sabah"ın bombardiridir. Onu çempionatın ən sərrast futbolçusu Baqali Dabodan ("Neftçi") cəmi 1 qol ayırır.









Redaktorun seçimi