Ramil islandiyalı futbolçuya hücum çəkdi

Hit: 294
Ramil islandiyalı futbolçuya hücum çəkdi

Rusiya Premyer Liqasının 17-ci turunun "Rostov"la oyununda (1:0) sarı vərəqə alan Ramil Şeydayevin cəzalandırılmasının səbəbi müəyyənləşib.

Faktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü rəqib komandanın müdafiəçisi Raqnar Siqurdssona hücum çəkdiyi üçün rəsmi xəbərdarlıq alıb. İslandiyalı futbolçu bilərəkdən topla topdaşıyan uşağı vurub. Bundan sonra Siqurdssonun üstünə qaçan Ramil ona sərt şəkildə etirazını bildirib və rəqib futbolçunu itələyib. Komanda yoldaşları azərbaycanlı hücumçunu çox çətinliklə sakitləşdirə biliblər. Nəticədə görüşün baş hakimi Siqurdssona qırmızı, Şeydayevə isə sarı vərəqə göstərib.

Qeyd edək ki, Ramil 80-ci dəqiqədə meydana daxil olub və 2 dəqiqə sonra cəzalandırılıb.









Redaktorun seçimi