"Mançester Siti" şok məğlubiyyətlə üzləşdi - VİDEO

Hit: 345
"Mançester Siti" şok məğlubiyyətlə üzləşdi - VİDEO

"Mançester Siti" futbol üzrə İngiltərə Premyer Liqasının 16-cı turunda bu mövsüm ilk məğlubiyyətinə uğrayıb.

Faktor.az xəbər verir ki, Londonun "Stemford Bric" stadionunda "Çelsi"nin qonağı olan komanda qapısında iki top görüb.

Matçda hesab 45-ci dəqiqədə açılıb. Yarımmüdafiəçi N'Qolo Kante fərqlənib. Görüşün sonlarına yaxın isə müdafiəçi David Luis "Çelsi"nin ikinci qolunu vurub.

İngiltərə Premyer Liqası

16-cı tur

"Çelsi" - "Mançester Siti" - 2:0

Qollar: 1:0 - Kante - 45, 2:0 - David Luis - 78









Redaktorun seçimi