"Qarabağ"la oyunöncəsi "Arsenal"dan çətin qələbə - VİDEO

Hit: 279
"Qarabağ"la oyunöncəsi "Arsenal"dan çətin qələbə - VİDEO

İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Faktor.az xəbər verir ki, "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal" evdə "Haddersfild"i qəbul edib. London klubu çətinliklə də olsa, rəqibini məğlub edə bilib. Lukas Torreyranın 83-cü dəqiqədə vurduğu qol komandasına minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, xallarının sayını 34-ə çatdıran "Arsenal" 3-cü pilləyə yüksəlib. "Topçular" növbəti oyununu dekabrın 13-də Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda doğma meydanda "Qarabağ"a qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.









Redaktorun seçimi