Ersun Yanaldan "Fənərbaxça" açıqlaması

Hit: 241
Ersun Yanaldan "Fənərbaxça" açıqlaması

Ersun Yanal “Fənərbaxça”dan təklif aldığını təsdiqləyib.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis İstanbul klubunun rəsmiləri ilə görüşdüyünü bildirib. Ancaq o, komandanın sükanı arxasına keçib-keçməyəcəyi ilə bağlı dəqiq bir söz deməyib:

“Düzdür, təklif almışam. Klub rəsmiləri ilə görüşüb danışdıq. Əgər söhbət “Fənərbaxça”dan gedirsə, yerdə qalan şeylər təfərrüatdır. Ortada həll olunmayası məsələ yoxdur. Hamının özünə görə təqvimi var. Biz də buna hörmətlə yanaşırıq. Komanda haqda danışdıq, fikir mübadiləsi apardıq. Ancaq sizə dəqiq vaxt deyə bilməyəcəyəm. Çünki görüş vaxtı da belə bir söhbət olmadı”.

Qeyd edək ki, E. Yanal 2013-2014-cü illərdə “Fənərbaxça”ya başçılıq edib və həmin mövsüm komandaya ölkə çempionluğunu qazandırıb.









Redaktorun seçimi