Nazarov oynamadı, komandası 5 qol vurdu

Hit: 208
Nazarov oynamadı, komandası 5 qol vurdu

Almaniya ikinci bundesliqasında 16-cı turun oyunları keçirilir.

Faktor.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” turu böyükhesablı qələbə ilə başa vurub. Aue təmsilçisi səfərdə “Qröyter”in qapısından 5 cavabsız qol keçirib. Nazarovun ehtiyatda qaldığı matçda komandasına qələbə gətirən qolları Florian Kruger (28), Paskal Testroet (47), Yan Hoxşaydt (69), Emanuel İyoha (85) və Robert Hermann (88) vurublar.

Qeyd edək ki, “Erzgebirge” hazırda 18 xalla 12-ci pillədədir.









Redaktorun seçimi