Salahdan het-trik, "Liverpul"dan darmadağın - VİDEO

Hit: 266
Salahdan het-trik, "Liverpul"dan darmadağın - VİDEO

İngiltərə Premyer Liqasında 16-cı tura start verilib.

Faktor.az xəbər verir ki, turun açılış oyununda “Liverpul” səfərdə “Bornmut”un qonağı olub. Görüş Yurgen Kloppun komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Mersisaydlıların heyətində Məhəmməd Salah het-trik edib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 42-yə çatdıran “Liverpul” turnir cədvəlində liderliyə yüksəlib. Rəqibindən 1 oyun az keçirən “Mançester Siti” isə 41 xalla 2-cidir. 33 xallı “Tottenhem” isə üçünü sırada qərarlaşıb. 

Xatırladaq ki, tura sabah və biri gün keçiriləcək oyunlarla yekun vurulacaq.









Redaktorun seçimi