Ramil Şeydayev üçün 10 dəqiqə və sarı vərəqə - VİDEO

Hit: 464
Ramil Şeydayev üçün 10 dəqiqə və sarı vərəqə - VİDEO

Rusiya Premyer Liqasında 17-ci tura start verilib.

Faktor.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” doğma meydanda “Rostov”u qəbul edib. Qarşılaşma Samara təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 11-ci dəqiqədə penaltidən Paul Anton vurub.

Meydana 80-ci dəqiqədə daxil olan Şeydayev 2 dəqiqə sonra sarı vərəqə ilə cəzalandırılıb. “Rostov”un azərbaycanlı futbolçusu Ayaz Quliyev isə ötən tur qırmızı vərəqə aldığından, bu matçı buraxmalı olub.

Qeyd edək ki, "Krılya Sovetov" hazırda 17 xalla 12-ci pillədə qərarlaşıb.









Redaktorun seçimi