AFFA Məşqçilər Komitəsində 2 yeni üzv

Hit: 268
AFFA Məşqçilər Komitəsində 2 yeni üzv

Məşqçilər Komitəsinin tərkibinə iki yeni şəxs daxil edilib.

Faktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, Yaşar Vahabzadə və Şahin Diniyev MK-nın üzvü təyin olunublar. Buna İcraiyyə Komitəsinin bugünkü iclasında qərar verilib.

Qeyd edək ki, Ş. Diniyev daha əvvəl də komitəyə üzv idi. Sadəcə, o, 2015-ci ildə “Kəpəz”in baş məşqçisi təyin olunduğu üçün istefa vermişdi.









Redaktorun seçimi