"Yuventus" daha bir rekordu yenilədi

Hit: 289
"Yuventus" daha bir rekordu yenilədi

"Yuventus" "Böyük beşlik" çempionatlarının rekordunu təkrarlayıb. 

Faktor.az xəbər verir ki, Turin təmsilçisi A seriyasının ilk 15 turunda 43 xal toplayıb.

Öz meydanında İnter-ə 1:0 hesabı ilə qalib gələn "ağ-qaralar" bununla da PSJ-nin göstəricisinə şərik çıxıb. Parislilər cari mövsüm Fransa Liqa1-də ilk 15 turda 43 xal yığmışdı.

Avropanın aparıcı çempionatlarının qələbəyə görə 3 xalın verilməsi sisteminə keçdiyi vaxtdan indiyədək bundan yaxşı nəticə göstərən olmayıb.









Redaktorun seçimi