Lukaku "Mançester Yunayted"dən gedir

Hit: 350
Lukaku "Mançester Yunayted"dən gedir

"Mançester Yunayted"in futbolçusu Romelu Lukaku İngiltərə klubundan ayrılmaq istəyir.

Faktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı hücumçu baş məşqçi Joze Mourinyo ilə arasında olan münaqişə səbəbindən bu fikrə düşüb. 25 yaşlı futbolçunun start heyətdə az hallarda yer almasından narazı olduğu vurğulanıb. Onun daha çox oynamaq istədiyi kluba keçmək istədiyi iddia olunub.

Qeyd edək ki, Lukaku 2017-ci ildən "MY"da çıxış edr.









Redaktorun seçimi