Nurməhəmmədovun atası danışdı: - "Oğlumun Meyvezer üzərində qələbəsinə əminəm"

124 dəfə oxunub
Nurməhəmmədovun atası danışdı: - "Oğlumun Meyvezer üzərində qələbəsinə əminəm"

Həbib Nurməhəmmədovun atası Abdulmanap oğlunun məşhur boksçu Floyd Meyvezerlə planlaşdırılan döyüşündən danışıb.

Faktor.az xəbər verir ki, qarşılaşmanın yazda keçirilə biləcəyini deyib.

"Floyd özü bizimlə əlaqə saxlayıb. Hər iki tərəfin, həm də ciddi investorların marağı var. Düşünürük ki, döyüş may ayının 4-də Qroznı şəhərinin "Axmat-Arena" stadionunda keçirilsin. Bura 30 min tamaşaçı tutur. Həbib tanınmış boksçularla məşq edir. Hazırlığı pis deyil. Biz Meyvezer-Makqreqor qarşılaşmasının videoyazısına dəfələrlə baxmışıq. Konor 3-4 raund əla mübarizə aparıb. Məncə, Həbib daha yaxşı çıxış edə bilər. Əlbəttə ki, tam başqa stildə döyüşən bir idmançı ilə üz-üzə gəlmək asan olmayacaq. Bununla belə, oğlumun qələbə üçün əlindən gələni edəcəyinə əminəm", - Həbibin atası bildirib.



Redaktorun seçimi