Almeyda "Astana"da 10-luğa düşmədi

127 dəfə oxunub
Almeyda "Astana"da 10-luğa düşmədi

"Astana" 2018-ci ilin ən yaxşı futbolçusunu seçib.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, jurnalistər arasında keçirilən sorğunun nəticələrinə əsasən çempion komandanın kapitanı, Qazaxıstan yığmasının da əsas qapıçısı olan milliləşdirilən serbiyalı legioner Nenad Eriç birinci olub.

Xorvatiyalı yarımmüdafiəçi Marin Tomasov ikinci, Baxtiyar Zaynutdinov isə üçüncü olub. "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Pedro Enrike 8-ci yeri tutub.

Millimizin yarımmüdafiəçisi Riçard Almeyda isə ilk 10-luğa düşə bilməyib.

Qeyd edək ki, bu yay "Qarabağ"dan "Astana"ya keçən Almeyda və Enrike paytaxt klubunda mövsümün 2-ci yarısından çıxış ediblər.



Redaktorun seçimi