UEFA "Reyncers"ə qarşı intizam işi açdı

130 dəfə oxunub
UEFA "Reyncers"ə qarşı intizam işi açdı

UEFA Şotlandiyanın "Reyncers” klubuna qarşı intizam işi açıb.

Faktor.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Qlazqo təmsilçisinin azarkeşlərinin Avropa Liqasının 5-ci turunda "Vilyarreal”la ev oyunu (0:0) zamanı davranışları olub.

Stiven Cerrardın çalışdırdığı komandanın fanatlar görüş zamanı meydana daxil olub. Bundan başqa, onlar meydana kənar əşyalar atıblar.

Qeyd edək ki, UEFA İntizam Komitəsi məsələ ilə bağlı dekabrın 13-də qərar verəcək.



Redaktorun seçimi