Fransada daha iki oyun təxirə salındı

125 dəfə oxunub
Fransada daha iki oyun təxirə salındı

Fransa Liqasının 17-ci turunda keçirilməli olan "Monako" - "Nitsa" və "Sent-Etyen" - "Marsel" matçları təxirə salınıb.

Faktor.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı xəbər yayıb.

Təxirəsalmaya ölkədə benzinin bahalaşmasına görə keçirilən etiraz aksiyalarının davam etməsi səbəb olub. 

Qeyd edək ki, "Monako" - "Nitsa" oyunu dekabrın 7-də digər oyun isə dekabrın 10-da keçirilməli idi. Daha öncə "Tuluza" - "Lion" və PSJ -  "Monpelye" matçları da eyni səbəbdən təxirə salınıb.  



Redaktorun seçimi