Fellaini "Arsenal"lı futbolçunun saçını yoldu - VİDEO

129 dəfə oxunub
Fellaini "Arsenal"lı futbolçunun saçını yoldu - VİDEO

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaini İngiltərə premyer Liqasının 15-ci turunun “Arsenal”la oyununda gözlənilməz hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Faktor.az “goal.com”a istinadən xəbər verir ki, belçikalı futbolçu onu ötməyə çalışan "topçular"ın oyunçusu Mateo Qenduzinin saçından tutaraq, yerə yıxıb. 19 yaşlı Mateo Fellainiyə sarı vərəqə göstərməsi üçün hakimə etiraz etsə də, bu, referinin qərarını dəyişməyib. O, yalnız şifahi xəbərdarlıqla kifayətlənib.

Qeyd edək ki, “Mançester Yunayted”- “Arsenal” oyunu 2:2 hesabı ilə başa çatıb.



Redaktorun seçimi