"Fənərbaxça"dan Ersun Yanala rəsmi təklif

126 dəfə oxunub
"Fənərbaxça"dan Ersun Yanala rəsmi təklif

"Fənərbaxça" sabiq baş məşqçisi Ersun Yanalla danışıqlara başlayıb.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssislə görüşən klubun vitse-prezidenti Semih Özsoy ona 6 aylıq müqavilə təklif edib. Lakin tərəflər arasıında razılıq əldə olunmayıb. Buna baxmayaraq, İstanbul nəhənginin təcrübəli məşqçi ilə danışıqları davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, E. Yanal 2013-2014-cü illərdə də "Fənərbaxça"nı çalışdırıb və həmin mövsüm komandanı çempion edib.



Redaktorun seçimi