AFFA İcraiyyə Komitəsi milliyə görə yığışır

124 dəfə oxunub
AFFA İcraiyyə Komitəsi milliyə görə yığışır

Dekabrın 8-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Faktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, saat 11:00-da başlayacaq iclasda əsas müzakirə mövzusu Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələrin müzakirəsi olacaq. Bundan başqa aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiya, klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələləri müzakirə olunacaq, Hakimlər Komitəsinin tərkibi təsdiqlənəcək.

İclasda digər məsələlərə dair fikir mübadiləsi də gedəcək.



Redaktorun seçimi