Millimizin elit-raunddakı rəqibləri - İrlandiya, Rusiya...

126 dəfə oxunub
Millimizin elit-raunddakı rəqibləri - İrlandiya, Rusiya...

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib.

Faktor.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Vüqar Məmmədin baş məşqçisi olduğu komanda elit-raundda 1-ci qrupda İrlandiya, Rusiya və Rumıniya ilə mübarizə aparacaq.

Qeyd edək ki, elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Qalib komandalar Ermənistanda oynanılacaq final mərhələsinə yüksələcək.



Redaktorun seçimi