Qırmızı vərəqə aldı, paltardəyişmə otağından geri çağırıldı

133 dəfə oxunub
Qırmızı vərəqə aldı, paltardəyişmə otağından geri çağırıldı

Fransa Liqasının 16-cı turunda keçirilən "Bordo" - "Sent-Etyenn" görüşündə VAR sistemindən fərqli şəkildə istifadə olunub.

Faktor.az Fransa mətbuatına istinadən xəbər verir ki, qarşılaşmanın 75-ci dəqiqəsində "Bordo"nun seneqaləsilli fransalı oyunçusu Yunus Sankareya baş hakim Klement Turpin birbaşa qırmızı vərəqə göstərib. Meydanı tərk edərək paltardəyişmə otağına yollanan 29 yaşlı yarımmüdafiəçi daha sonra geri çağırılıb. K.Turpin epizodun videotəkrarına baxdıqdan sonra qırmızı vərəqəni ləğv edərək sarı vərəqə ilə dəyişdirib.

Qeydedək ki, "Bordo" - "Sent-Etyenn" görüşü meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.



Redaktorun seçimi