"Qalatasaray” kapitanla müqaviləni uzadır

122 dəfə oxunub
"Qalatasaray” kapitanla müqaviləni uzadır

“Qalatasaray” futbolçusu Səlcuq İnanla yeni müqavilə imzalamaq niyyətindədir.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu 33 yaşlı oyunçunun sözləşməsini daha 2 il artırmağı planlaşdırır. Gələn il müqaviləsi başa çatacaq təcrübəli futbolçunun 2021-ci ilə qədər komandada qalacağına dair razılıq əldə olunub. 2 milyon 950 min avro maaş və hər oyuna görə 25 min avro alan kapitanın yeni sözləşmə zamanı klubuna 50 faiz güzəştə gedəcəyi bildirilir. 

Qeyd edək ki, 2011-ci ildən “sarı-qırmızılar”ın formasını geyinən S.İnan çıxdığı 211 matçda 43 qol vurub.



Redaktorun seçimi